Gürcüstanda siyasi partiyaların seçkilərdə iştirakı üçün tələb olunan imzaların sayı 5 dəfə azaldıla bilərbackend

Gürcüstanda siyasi partiyaların seçkilərdə iştirakı üçün tələb olunan imzaların sayı 5 dəfə azaldıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu, qonşu ölkənin Seçki Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, siyasi partiya seçkilərdə iştirak hüququ əldə etmək üçün tərəfdarlarının 5 min imzasını toplamalı olacaq. İmzaların etibarlığının yoxlanılması prosedurunun da sadələşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstanda qüvvədə olan seçki qanunvericiliyinə əsasən, seçkilərdə iştirak etmək istəyən siyasi partiya ölkənin Mərkəzi Seçki Komissiyasına 25 min imza təqdim etməlidir. Gürcüstan parlamentində və ya yerli idarəetmə orqanında nümayəndəsi olan partiyadan isə 1 000 imza tələb olunur.

İnterpress.az