Bakıda güclü külək nəticəsində 65 ağac aşıbbackend

Bakıda güclü külək nəticəsində 65 ağac aşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, Birliyin şəxsi heyəti küləyin fəsadlarının aradan qaldırılması və aşaraq yolu bağlayan ağacların götürülməsi istiqamətində gücləndirilmiş rejimdə çalışıb: “Əsasən Yasamal, Nəsimi, Nərimanov rayonlarında daha çox ağac aşması faktı qeydə alınıb\”.

Qeyd edək ki, ötən gün Bakıda güclü külək bir sıra fəsadlar törədib. Bir neçə avtomobilə ziyan dəyib, 20 yaşlı qadın üzərinə ağac düşməsi nəticəsində ciddi xəsarətlər alıb.

İnterpress.az