Mikroavtobus “Toyota” ilə toqquşdu: 7 ölü, 8 yaralıbackend

Mikroavtobus “Toyota” ilə toqquşdu: 7 ölü, 8 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “TASS”a istinadən xəbər verir ki, Rusiyanın Ryazan əyalətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 7 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Hadisə avqustun 6-sı səhər saatlarında “Ural” M5 avtomagistralının 405-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, mikroavtobusun sürücüsü yolun əks istiqamətinə çıxıb və “Toyota” markalı avtomobillə toqquşub. Qəza nəticəsində ölən şəxslərin hamısı Tacikistan vətəndaşı olduğu bildirilib.

İnsidentlə bağlı araşdırmalar aparılır.

İnterpress.az