Medika Hospitalda biabırçılıq: Yaram iylənirdi, həkim mənə eləcə ət ye, su iç deyirdi – ŞİKAYƏT/FOTOLARbackend

Medika Hospitalda biabırçılıq: Yaram iylənirdi, həkim mənə eləcə ət ye, su iç deyirdi – ŞİKAYƏT/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, G.Mirmövsümova şikayət məktubunda 08.06.2019-cu il tarixində \”Medika Hospital\”da M.Məlikova tərəfindən abdominaplastika və qolgərmə əməliyyatı keçirib.

Əməliyyatdan sonra durumunun ağırlaşdığını deyən şikayətçi həkimin etinasızlığı ilə üzləşdiyini bildirir: \”Abdominaplastika və qolgərmə əməliyyatı edilən günün səhəri klinikanın ümumi cərrahı Mehriban Məlikovaya təklif etdim ki, bir neçə gün ağır vəziyyətdən çıxana kimi klinikada qalım. Lakin Mehriban Məlikova təklifimə baxmayaraq, klinikada qalmağıma bir əsas olmadığını, evə getməyimi dedi. Evə gedən gündən 12 gün qızdırmam oldu və qızdırma içində hər gün Mehriban Məlikovaya vəziyyətimi whatsappla yazırdım. Səhhətimdə pisləşmə olduğundan bir neçə dəfə qəbulunda da oldum. Eştdiyim söz yalnız bu idi ki, ət ye, bol-bol su iç. Hətta Mehriban Məlikovaya vəziyyətimin yaxşı olmadığını, mənə vitaminlər yazmasını desəm də, ancaq cavabı bunlara ehtiyac yoxdur olurdu. Gah mənə deyirdi karseti bərk bağla qarnına su gələr, gah da deyirdi niyə bərk bağlamısan, tikişin yeri qaralıb. Əməliyyatımın 6-cı günü drenajı çıxartmaq istədi. Təklif etdim ki, hələ çıxarmayın, möhtəviyyat gəlir. Dedi ki, mənə ağıl öyrətmə, çıxart\”.

Əməliyyatdan 12 gün sonra güclü qızdırmadan sonra xəstənin yarasındakı tikişlərdən və qollarından çirk gəlməyə başlayıb. Bu barədə həkimə dərhal video çəkib atsa da, yenə etinasızlıqla üzləşib: \”Cavabında eybi yox, olur belə şeylər dedi. Təcili yardım gəldi və qolumdan çirk gəldiyini, tikişlərin aralandığını dedi. Həkimə zəng etdik, cavabı bu oldu ki, əllərini mənim xəstəmə vurmasın\”.

M.Məlikova G.Mirmövsümovanın əməliyyatını onun özünün icazəsi olmadan instağram səhifəsində də paylaşıb. Həm də bu paylaşım əməliyyat gedə-gedə canlı edilib. Həkimlə yazışmalarının hamısını video, foto şəklində saxladığını deyən şikayətçi bildirir ki, yarasından pis qoxu gəlməyə başlayanda həkimlə yenidən əlaqə saxlayıb: \”Şəklini ona atdım, yenə mənə ət ye yazdı. Səhəri gün getdim klinikaya, həkim artıq özünün dediyinə görə, Gürcüstan, Türkiyə, gah da eşitdim Almaniyadadır. Tibb bacısı müdavilə edib, evə yola salsa da, qoxu daha da kəskinləşdi. Həkimə yazdım bu barədə, yazdı ki, klinikaya müraciət edim, mənə kömək edəcəklər. Qeyd edim ki, klinikaya ağır vəziyyətdə qarın tikişlərim, qol tikişlərim açılmış vəziyyətdə getmişəm. Qol tikişimin yenidən tikilməyini təklif etsəm də, ehtiyac olmadığını, bitişəcəyini, çoxlu ət, balıq, toyuq yemək və bol-bol su içməyim deyilib. Bir də toz şəklində dərmanın tökülməsi məsləhət verildi\”.

Nəhayət G.Mirmövsümovanın vəziyyətinə \”Medika Hospital\”ın baş həkimi Abbasət həkim müdaxilə edib: \”Abbasət həkim mənim nekrozlaşmış yaramı bərpa etməsəydi, artıq həyatda yox idim. Qeyd edim ki, mən bu vəziyyətdə olan onun yeganə xəstəsi deyiləm. Əməliyyatımın 2 ayı bitməyinə az bir vaxt qalsa da, hələ də açıq yara ilə gəzirəm, qollarımın tikişlər hələ də bitişməyib, çox kobud çapıqlar qalıb. Səhhətim yerinə deyil. Azyaşlı övladım var, ona baxmağa səhhətim imkan vermir\”.

Şikayətçi əməliyyat üçün M.Məlikovaya ödədiyi 2100 manatın və ağırlaşandan sonra müalicələrə xərclədiyi 1500 manatın və dəymiş mənəvi zərərə görə təzminatın ödənməsini tələb edir. Məsələ ilə bağlı adıçəkilən klinikanın və həkimin mövqeyini öyrənmək istəsək də, xəstəxanaya etdiyimiz zənglər cavabsız qaldı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq. (afn.az)

Medika Hospitalda biabırçılıq: Yaram iylənirdi, həkim mənə eləcə ət ye, su iç deyirdi - ŞİKAYƏT/FOTOLAR

İnterpress.az