Muxtar respublikada sənayenin inkişafı diqqətdə saxlanılırbackend

Muxtar respublikada sənayenin inkişafı diqqətdə saxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən İnterpress.az-a bildirilib ki, ümumi daxili məhsulun sahə strukturunda sənayenin xüsusi çəkisi 2009-cu ilin yanvar-iyun aylarında 17 faiz təşkil etdiyi halda, 2019-cu ilin yanvar-iyun aylarında bu göstərici 29,9 faiz təşkil edib. Bu ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən sənaye məhsulu 1204 manat olub.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, qeyri-dövlət sektorunda 2009-cu ilin yanvar-iyun aylarında 89 milyon 911 min 100 manatlıq sənaye məhsulu qeydə alınmışdısa, 2019-cu ilin müvafiq dövründə bu göstərici 518 milyon 966 min manat olub. 2009-cu ilin ilk altı ayında istehsal olunan sənaye məhsulunda özəl bölmənin xüsusi çəkisi 85,1 faiz, 2019-cu ilin müvafiq dövründə bu göstərici 94,3 faiz təşkil edib.

Cari ilin yanvar-iyun aylarında istehsal edilmiş sənaye məhsulunun 94,4 faizi emal sənayesinin payına düşüb. Bu dövr ərzində emal sənayesi üzrə istehsal olunan sənaye məhsulunun dəyəri 2009-cu ilin müvafiq dövründəki göstəricini 5,7 dəfə üstələyib. Emal sənayesi ilə yanaşı, mədənçıxarma sənayesi, elektrik enerjisi istehsalı sahələrinin də inkişafı diqqətdə saxlanılıb.

Muxtar respublikada sənayenin inkişafı istiqamətində 2009-cu ildən 1 iyul 2019-cu il tarixədək bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 86 milyon 914 min 800 manat kredit verilib.

Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 151 milyon 253 min 500 ABŞ dolları dəyərində sənaye məhsullarının ixracı qeydə alınıb ki, bu da ümumi ixracın 78,9 faizini təşkil edib.

Sənayenin inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da təsir göstərib. Belə ki, 2019-cu ilin yanvar-iyun aylarında sənaye sektorunda 16634 nəfər işçi çalışıb. Bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 2,1 dəfə çoxdur. Bu dövr ərzində sənaye sahəsində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2009-cu ilin yanvar-iyun aylarına nisbətən 63,7 faiz artaraq 392,9 manat olub.

İnterpress.az