Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan da iştirak edəcəkbackend

Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan da iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, musiqi bayramına dünyanın 70-dən artıq ölkəsindən gələn 315 ifaçının qatılacağı gözlənilir.

Ölkəmizi bu festivalda gənc ifaçı Pərviz Qasımov təmsil edəcək.

Azərbaycan müntəzəm olaraq bu nüfuzlu musiqi festivalında layiqli yerlər tutur.

1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI Festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə Azərbaycana gətirib.

Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar. (azərtac)

İnterpress.az