“Gələcəyin informatika fəzasını bu olimpiadanın qalibləri quracaqlar” – Cəsarət Valehovbackend

“Gələcəyin informatika fəzasını bu olimpiadanın qalibləri quracaqlar” – Cəsarət Valehov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq yarışda 24 dəfə təmsil olunub. Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadasında ən uğurlu çıxışı 2003-cü ildə olub – gümüş medal qazanılıb. Olimpiadanın qaydalarına uyğun olaraq, tədbirə ev sahibliyi edən ölkə – Azərbaycan 2 komanda ilə təmsil olunur. Hər komandada fərdi qaydada 4 şagird yarışır. Şagirdlərimiz yerli və xarici mütəxəssislərlə xüsusi olaraq hazırlaşıblar. Medala ümidlərimiz böyükdür.

“İnformasiya cəmiyyətində yaşayırıq. Cəmiyyətin inkişafında informatikanın xüsusi rolu var. İnanıram ki, gələcəyin informatika fəzasını bu olimpiadanın qalibləri quracaq. İnformatika sahəsində edilən yeniliklərdə bu arenada yarışan şagirdlərin də öz payı olacaq”, – deyə Cəsarət Valehov qeyd edib. (azərtac)

İnterpress.az