Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakı Marionet Teatr Fransada beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Cari ilin sentyabrında Fransanın Şarlövil-Mezyer (Charleville-Mézières) şəhərində 20-ci Beynəlxalq Marionet Teatrları Festivalı keçiriləcək. Festivalda ölkəmizi Bakı Marionet Teatrı təmsil edəcək.

Dərc edilib: 6 avqust 2019 [17:38]
Baxış sayı: 8861

İnterpress.az xəbər verir ki, Bakı Marionet Teatrı beynəlxalq festivala “Leyli və Məcnun” tamaşası ilə qatılacaq.

Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi və milli dəyərlərə bağlılığın yaşadılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Marionet Teatrı 2013-cü ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulub. Teatrın repertuarına Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəylinin əsərləri daxildir.

Fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirmək məqsədilə teatr Fransanın Şarlövil-Mezyer şəhərində keçiriləcək Beynəlxalq Marionet Festivalında iştirak üçün müraciət etmiş və onun müraciəti qəbul edilmişdir.

Qeyd edək ki, 1961-ci ildə əsası qoyulmuş Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında 30-dan çox ölkənin truppaları 150-dən çox tamaşa təqdim edir. Festivala 150 mindən çox tamaşaçı qatılır. Əvvəllər 3 ildən bir keçirilən festival 2009-cu ildən 2 ildən bir keçirilir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208