Dəniz Ticarət Limanı proqam təminatının satın alınması üzrə açıq müsabiqə elan edirbackend

Dəniz Ticarət Limanı proqam təminatının satın alınması üzrə açıq müsabiqə elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumdan İnterpress.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 20 avqust 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 26 avqust 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Təklif zərflər 27 avqust 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1402).

İnterpress.az