Müəssisələrin kollektivlərinin fövqəladə hadisələr zamanı davranış qaydalarına dair bilikləri təkmilləşdirilirbackend

Müəssisələrin kollektivlərinin fövqəladə hadisələr zamanı davranış qaydalarına dair bilikləri təkmilləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN-dən İnterpress.az-a bildirilib ki, tədbirdə Nazirliyin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin məsul əməkdaşları və müəssisənin kollektivi iştirak edib.

Toplantının keçirilməsində məqsəd müəssisə kollektivinin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi olub. Görüşdə “Zəlzələ”, “Sel və daşqınlar”, “Dəm qazı”, “112 qaynar telefon xətti”nə müraciət qaydaları” mövzularında çıxışlar edilib, mövzulara dair videoçarxlar nümayiş olunub.

Görüşün sonunda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanılıb.

İnterpress.az