Azərbaycanlılar Rusiyadan deportasiya edildibackend

Azərbaycanlılar Rusiyadan deportasiya edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikasında Rusiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin region üzrə mətbuat katibi Liliya Həlimova məlumat verib.

O,bildirib ki, Tacikistan, Azərbaycan və Gürcüstan vətəndaşları Rusiya Federasiyasında olma və yaşama qaydalarını pozduğuna görə barələrində inzibati qərarlar qəbul edilib. Onun sözlərinə görə, altı şəxsin cərimə olunaraq ölkə hüdudlarından kənara çıxarılması barədə müvafiq addım atılıb.

Qeyd olunub ki, bu ilin əvvəlindən 390 qanunsuz miqrant ölkə qanunvericiliyinin müxtəlif maddələrini pozduğuna görə Rusiyadan deportasiya edilib. Onların arasında azərbaycanlılar da var. (azvision)

İnterpress.az