“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcəkbackend

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyindən İnterpress.az-a bildiriblər ki, əmrə əsasən, 2020-ci il fevralın 11-dən 13-dək Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək. Oktyabrın 12-dən etibarən şagirdlər www.sabahinalimleri.edu.az internet səhifəsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Əmr ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş məktəblilərin ABŞ-da keçirilən Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədi daşıyır.

İnterpress.az