“Qarabağ” – “APOEL” oyununun biletləri satışdabackend

“Qarabağ” – “APOEL” oyununun biletləri satışda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qarabağ” klubunun saytına istinadla xəbər verir ki, biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manatdan təklif olunur. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindəki “Iticket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Xatırladaq ki, ötən gün oynanılan birinci görüşdə “Qarabağ” səfərdə “APOEL” komandasını 2:1 hesabı ilə məğlub edib.

İnterpress.az