Qırğızıstan prezidenti məzuniyyətini yarımçıq qoyaraq Bişkekə yollanıbbackend

Qırğızıstan prezidenti məzuniyyətini yarımçıq qoyaraq Bişkekə yollanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Avqustun 7-də ölkənin sabiq prezidenti Almazbek Atambayevin tutulması üzrə Çuy vilayətinin Koy-Taş kəndində əməliyyat başlayıb. Atambayevin qərargahından onun tutularaq naməlum istiqamətə aparıldığını bildiriblər. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sabiq prezidentin iqamətgahının yerləşdiyi Koy-Taş kəndində ictimai qaydanın mühafizəsinə əlavə milis qüvvələri cəlb olunub. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində bir neçə nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.

Almazbek Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.

İnterpress.az