“Ulduz müharibələri” filmindən yemək reseptləri kitabı noyabrda işıq üzü görəcəkbackend

“Ulduz müharibələri” filmindən yemək reseptləri kitabı noyabrda işıq üzü görəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kitab “Ulduz müharibələri: Gücün oyanması” filmindən Strono Taqqs adlı baş aşpazın adından yazılıb. Bu barədə məlumat “Insight Editions” nəşriyyatının saytında yerləşdirilib.

“The Hollywood Reporter” yazır ki, reseptlər toplusu “Ulduz müharibələri: Gücün oyanması” (2015-ci il) filmində Maz Kanatı qəsrinin (Takodana planeti) baş aşpazı Strono Taqqs adından təqdim edilib. Kitab üzərində Çelsi Monro-Kassel (“Taxt-tac oyunları”nın rəsmi kulinariya kitabının – “Buz və Alovun ziyafəti”nin həmmüəllifi) və “Marvel” ilə əməkdaşlıq edən komikslər müəllifi Mark Sumerak çalışıblar.

176 səhifədən ibarət kitabın çapdan çıxması noyabrın 5-nə planlaşdırılıb.

İnterpress.az