AŞPA Rusiyanın səlahiyyətlərini dondururbackend

AŞPA Rusiyanın səlahiyyətlərini dondurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə qurumun sədri, xanım Ann Brassör mətbuat konfransı keçirib.

APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA sədri bu sessiyada əsasən Rusiya ilə Ukrayna arasında baş verən son gərginliklər fonunda bir neçə məsələnin müzakirə ediləcəyini bildirib: “Bu gün səhər qurumun Bürosu qərara alıb ki, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması barədə ötən ilin aprelində qəbul edilmiş qərarın müddətinin daha bir il uzadılması məsələsi sessiyanın üçüncü günündə plenar iclasda müzakirə edilsin. Rusiya ilə Ukrayna arasında son gərginliklərlə bağlı bir çox Assambleya üzvü Rusiyanın səlahiyyətlərinin dondurulmasının daha bir ili uzadılması tələbi ilə çıxış edib. Ukraynada humanitar vəziyyətə dair sessiyanın ikinci günündə ayrıca müzakirələr keçiriləcək. Bundan başqa, Parisdəki son terror hadisələri də AŞPA-nın fövqəladə müzakirəsi kimi gündəliyə salınıb və sessiyanın üçüncü günündə müzakirə ediləcək”.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin AŞPA-nın Rusiyaya qarşı hər hansı sanksiya tətbiq edəcəyi halda, Rusiyanın bu qurumla bütün əlaqələri kəsəcəyi barədə açıqlamasına münasibət bildirən xanım Brassör bununla bağlı qərar verməyin Rusiya Dumasının səlahiyyətində olduğunu qeyd edib: “AŞPA öz reqlament və prosedurlarına uyğun hərəkət edəcək. Biz bu gün bu qərarı qəbul etdik, prosedura uyğun olaraq, bu qərar qurumun müvafiq komitələrinə təqdim ediləcək, hesabat hazırlanacaq, bu məsələyə dair xüsusi məruzəçi təyin ediləcək. Sessiyanın üçüncü günü biz bu hesabat ətrafında müzakirələr keçirdikdən sonra son qərarımızı verəcəyik”.

İnterpress.az