Ölkəmiz Koreyada keçirilən “CIAT” proqramında təmsil olunurbackend

Ölkəmiz Koreyada keçirilən “CIAT” proqramında təmsil olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentlikdən İnterpress.az-a bildirilib ki, iyulun 24-dən avqustun 15-dək davam edəcək “CIAT” təqaüd proqramı çərçivəsində KOICA-nın dəstəyi və Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutu tərəfindən keçirilən təlimdə 6 ölkədən müxtəlif əlaqəli dövlət qurumlarını təmsil edən nümayəndələr iştirak edir.

Proqram çərçivəsində həmyerlimiz texnologiya transferi, Koreya texnologiya parklarının strategiya və fəaliyyəti, texnologiya kommersiyalaşdırılması, marketinqi və qiymətləndirilməsi, startaplara dəstək proqramlarının menecmenti, intellektual əmlakın menecmenti və digər əlaqəli mövzularda praktiki dərslərdə iştirak edəcək. Eyni zamanda, proqram çərçivəsində “LG” və “Samsung” kimi böyük şirkətlərə, habelə Koreya texnologiya parklarına səfərlər təşkil olunacaq, əməkdaşlıq barədə müzakirə aparılacaq.

İnterpress.az