Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında seminar təşkil olunubbackend

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında seminar təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş İdarədən İnterpress.az-a bildirilib ki, seminarda Xəzər rayon MKS-nin əməkdaşları, filial və şöbə müdirləri iştirak ediblər.

Seminarda Mərkəzi Kitabxananın direktoru Vəfa Quliyeva qarşıda duran məsələlər, cari ilin yekunları, kitabxana sisteminin avtomatlaşdırılması prosesində ümumi vəziyyət, keçirilən tədbirlər haqqında məlumat verib.

Eyni zamanda iştirakçılar da öz fikirlərini, kitabxanalarda olan nöqsanları, problemləri qeyd ediblər.

Sonda vurğulanıb ki, belə seminarların keçirilməsi kitabxanaçılar üçün böyük əhəmiyyətə malikdir.

İnterpress.az