Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İrəvan sakinləri şəhərin zibilxanaya çevrilməsinə etiraz ediblər

İrəvan sakinləri şəhərin zibilxanaya çevrilməsinə etiraz ediblər.

Dərc edilib: 8 avqust 2019 [14:15]
Baxış sayı: 2873

İnterpress.az erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan paytaxtının meriyası önündə etiraz aksiyası keçirən onlarla insan özləri ilə gətirdikləri məişət tullantıları dolu paketləri meriya binasının önünə qoyublar. Burada sakinlərlə əraziyə cəlb olunan polis arasında qarşıdurma baş verib və aksiyanın 3 iştirakçısı saxlanılıb. Onlara qarşı polisə müqavimət və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Etiraz aksiyasının təşkilatçısı Sona Aqekyan bildirib ki, şəhər zibilxanaya çevrilib, meriya isə bununla bağlı heç bir tədbir görmür.

Erməni mətbuatı yazır ki, hələ ötən ilin yayında İrəvanın mərkəzi küçələrində məişət tullantılarının yığışdırılması ilə bağlı ciddi problem yaranıb. Qeyd olunur ki, şəhərin bu vəziyyətə düşməsinin səbəbi təmizlik şirkətinin maliyyə problemləri və müvafiq texnikanın çatışmamasıdır. “Sanitek” adlı şirkəti dəfələrlə cərimələyən şəhər meriyası isə öz funksiyalarını yerinə yetirə bilmir. Ən acınacaqlısı isə paytaxt küçələrində siçovul və tarakan “ordusunun” yaranmasıdır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164