Gürcüstan Seçki Məcəlləsinə dəyişikliklər ediləcəkbackend

Gürcüstan Seçki Məcəlləsinə dəyişikliklər ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin sədri Arçil Talakvedze məlumat verib.

O bildirib ki, Məcəlləyə təklif olunan əsas dəyişiklik 2020-ci ildə parlament seçkilərinin sıfır baryerlə proporsional sistem üzrə keçirilməsidir. Digər dəyişiklik isə siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, partiyaların maliyyələşdirilməsi daha ədalətli və obyektiv modellə əvəzlənəcək. Parlamentdə ən azı bir mandatı olan partiya seçkilərdə əldə etdiyi səslərə müvafiq olaraq maliyyə alacaq. Yeni model şəffaf və sadə olacaq.

A.Talakvadze qeyd edib ki, seçkiöncəsi təbliğat-təşviqat kampaniyasında ödənişsiz efir vaxtı siyasi partiyalar arasında bərabər bölünəcək. Televiziya debatlarında bir partiya digərinə öz efir vaxtını verə bilməyəcək.

Gürcüstanda siyasi partiyaların seçkilərdə iştirakı üçün tələb olunan imzaların sayı da azaldıla bilər.

Yeni qanun layihəsinə əsasən, siyasi partiya seçkilərdə iştirak hüququ əldə etmək üçün tərəfdarlarının 5 min imzasını toplamalı olacaq. İmzaların etibarlığının yoxlanılması prosedurunun da sadələşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstanda qüvvədə olan seçki qanunvericiliyinə əsasən, seçkilərdə iştirak etmək istəyən siyasi partiya Mərkəzi Seçki Komissiyasına 25 min imza təqdim etməlidir.

Gürcüstan parlamentində və ya yerli idarəetmə orqanında nümayəndəsi olan partiyadan isə 1 000 imza tələb olunur.

İnterpress.az