Ermənistanda məişət zorakılığı halları kəskin artıbbackend

Ermənistanda məişət zorakılığı halları kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az erməni KİV-nə istinadla xəbər verir ki, həmin müddətdə bu hallar üzrə 180 material hazırlanıb və onlardan doqquzu Baş Hərbi İstintaq İdarəsində baxılır.

Qeyd olunur ki, məişət zorakılığı halları üzrə 176 cinayət işi qaldırılıb, 209 nəfər müttəhim qismində məsuliyyətə cəlb olunub. Bu şəxslərin 77-si 18-35 yaş, 132- nəfəri isə 35 yaşdan yuxarı insanlardır. Ailə daxilində zorakılıq halları törədənlərin yalnız 3 nəfəri qadınlardır. Qaldırılan cinayət işləri isə ən çox bədən xəsarəti yetirilməsi, şəxsi əmlaka zərər vermə, valideynlərin öz vəzifələrini yerinə yetirməsindən boyun qaçırması və 16 yaşınadək şəxslərə seksual zəmində zorakılıq maddələri ilə əlaqədardır. Bundan başqa, təhdid edildiyini bildirən 67 nəfər hüquq-mühafizə orqanlarına qoruma tələbi ilə müraciət edib.

Ermənistanın hüquq ekspertləri və vətəndaş cəmiyyətinin nümayəndələri qeyd edirlər ki, məişət zorakılığı hallarının artması əhalinin maddi vəziyyətinin ağır olması ilə sıx əlaqəlidir.

İnterpress.az