AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının növbəti uğurubackend

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının növbəti uğuru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzdən İnterpress.az-a bildirilib ki, iddia sənədinin ekspertizası aparılıb və ixtiranın patent qabiliyyəti şərtlərinə uyğunluğu müəyyənləşdirilib. Patent haqqında sənədin “Sənaye mülkiyyəti bülletenində” dərc olunması tövsiyə edilib.

Fındıq qabığından alınan bioekstraktın tərkibi bioloji fəal maddələrlə yanaşı, orqanizm üçün tələb olunan həyati vacib mikro və makroelementlərlə zəngindir. Bioekstrakt bir sıra xəstəliklərin müalicə və profilaktikasında, həmçinin dadverici və yeyinti boyası kimi qənnadı və qida sənayesində geniş istifadə imkanlarına malikdir.

Hazırda əməkdaşlar patentin kommersiyalaşdırılması istiqamətində layihə hazırlayır və bioekstraktın sənaye miqyasında istehsalı üçün texnologiya üzərində işləyirlər.

İnterpress.az