“Gülənin Amerikadan çıxarılması çətindir”backend

“Gülənin Amerikadan çıxarılması çətindir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ-ın bu barədə münasibətinin dəqiq olduğunu deyən Vers “Türkiyə rəsmi müraciət edərsə, Amerikanın Ədliyyə Nazirliyi bunu nəzərdən keçirib cavab verəcək. Bu, maraqlı və aydınlaşdırıcı olacaq. Çünki bu prosesdə Türkiyə hökumətinin Gülən hərəkatına qarşı necə silahlı bir terror təşkilatı ittihamı irəli sürməsinin təfərrüatları da ortaya çıxacaq. Belə bir arqument irəli sürmək çox çətin olacaq” deyə vurğulayıb.

Vers bildirib ki, ABŞ-ın Türkiyədəki keçmiş səfiri Rikkardonun hərəkatın üzvləriylə görüşüb. Onun sözlərinə görə, cinayətin işlənməsinə dair tutarlı bir arqument ortaya qoyulmadığı müddətdə Türkiyədəki ictimai təşkilatlarla görüşmək ABŞ-ın sadəcə haqqı yox, həm də vəzifəsidir:“İctimaiyyətə açıq müzakirələrdən görürük ki, Fətullah Gülənin ABŞ-dan bir gün çıxarılmasını təsəvvür etmək çox çətindir. Amma bu hakimlərin verəcəyi cavabdır”.

İnterpress.az