“Neftçi” – “Bney Yehuda”nı məğlub edə bilmədibackend

“Neftçi” – “Bney Yehuda”nı məğlub edə bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qarşılaşmaya hücumlarla başlayan “Neftçi” rəqibin qapısı qarşısında ilk dəqiqələrdən təhlükəli vəziyyətlər yaradıb. Beşlik müdafiə ilə meydana çıxan qonaqlar komandamızı əks hücumlarda yaxalamağa çalışırdı. Ardıcıl iki epizodda “Bney Yehuda” qol vurub – 2:0. Fasiləyə iki dəqiqə qalmış “Neftçi” qollardan birinin əvəzin çıxıb. Jozef-Monroz adını tabloya yazdırıb – 1:2.

Qarşılaşmanın ikinci hissəsində “Neftçi” hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə məğlubiyyətdən xilas olub. Namiq Ələsgərov komandamızın vacib qoluna imza atıb – 2:2.

Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.

Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).

Cari mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. İsrail klubu 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində “Simurq”u hər iki görüşdə məğlub etmişdi.

İnterpress.az