Antonio Quterreş Hindistan və Pakistanı Kəşmirin statusuna təsir edən hərəkətlərdən daşınmağa çağırıbbackend

Antonio Quterreş Hindistan və Pakistanı Kəşmirin statusuna təsir edən hərəkətlərdən daşınmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə açıqlayıb. Onun sözlərinə görə, Antonio Quterreş hadisəni narahatlıqla izləyir və hər iki tərəfi təmkinli olmağa çağırır. Baş katib, həmçinin Hindistan və Pakistan arasında 1960-cı ildə bağlanmış sazişə əməl etməyin vacibliyini xatırladır.

İslamabad və Nyu-Dehli arasında gərginliyin davam etməsi Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv edərək bu regionda iki müttəfiq ərazi yaratmaq qərarı ilə bağlıdır. Bu məqsədlə Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.

Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.

İnterpress.az