Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Polad Bülbüloğlu Avrasiya Xalqları Assambleyasının rəhbərliyi ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avrasiya Xalqları Assambleyası qeyri-hökumət təşkilatları beynəlxalq ittifaqının baş katibi Andrey Belyaninov, onun birinci müavini, Avrasiya Xalqları Assambleyasının baş katibliyinin rəhbəri Svetlana Smirnova, müavini Mixail Fyodorov, Assambleyanın baş katibliyinin rəhbərinin layihə fəaliyyəti üzrə müavini Tatyana Fyodorova, beynəlxalq əməkdaşlıq üzrə müavini Yuliya Petrova və Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova ilə görüşüb.

Dərc edilib: 9 avqust 2019 [10:29]
Baxış sayı: 7308

Səfirlikdən İnterpress.az-a bildiriblər ki, görüşdə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat verən Andrey Belyaninov 2019-cu il sentyabrın 30-dan oktyabrın 4-dək Azərbaycanda “LiFFt-2019” IV Avrasiya Ədəbiyyat Festivalının təşkil olunacağını diqqətə çatdırıb. Baş katib sözügedən tədbirin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcəyini vurğulayıb. O, həmin ərəfədə ölkəmizdə Avrasiya Xalqları Assambleyası Günlərinin təşkilinin planlaşdırıldığını və tədbirin keçirilməsində Azərbaycan tərəfindən müvafiq kömək göstərilməsini xahiş edib, bu cür tədbirlərin Monqolustan və Bolqarıstanda da keçirildiyini bildirib.

Səfir Polad Bülbüloğlu Assambleyanın fəaliyyəti barədə ətraflı məlumata görə təşəkkürünü bildirərək, səsləndirilən təklifin nəzərdən keçiriləcəyini qeyd edib.

Görüşdə regionda baş verən proseslər müzakirə olunub. Polad Bülbüloğlu diqqəti son günlər Ermənistan rəhbərliyinin etdiyi məsuliyyətsiz bəyanatlara çəkərək, onların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb.

Mixail Fyodorov təmsil etdiyi təşkilatın “Sülh və quruculuq naminə birgə qalib olduq” layihəsi barədə məlumat verib, gələn il İkinci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunacağını xatırladaraq, müharibənin acı nəticələrindən danışıb, digər ölkələrlə yanaşı, Çin, Monqolustan və Hindistanın da bu müharibədə qurbanlar verdiyini bildirib.

Azərbaycanın səfiri son dövrlər radikal milliyyətçiliyin təzahür etdiyini, faşizmin qəhrəmanlaşdırılması cəhdlərinin müşahidə olunduğunu bildirib, belə halların artmasından narahatlığını ifadə edərək, Ermənistanda Qaregin Njdeyə abidə ucaldılmasını misal gətirib. Diplomat abidənin açılış mərasimində Ermənistanın dövlət rəsmilərinin iştirakı faktını önə çəkərək, belə halların çox təhlükəli olduğunu vurğulayıb və buna indiyədək lazımi reaksiya verilmədiyini təəssüflə qeyd edib.

Andrey Belyaninov İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almış kifayət qədər azərbaycanlının olduğunu xatırladıb, onlardan birinin şərəfinə Bakıda abidə ucaldılması təklifini irəli sürüb. Səfir Polad Bülbüloğlu təklifi müsbət qarşılayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. (azərtac)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208