ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun birinci müavini istefaya gedirbackend

ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun birinci müavini istefaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb. Donald Tramp Syuzan Qordonun avqustun 15-də – ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsla eyni gündə vəzifədən gedəcəyini qeyd edib. ABŞ Prezidenti bu idarənin direktorunun səlahiyyətlərini icra edəcək şəxsin adının tezliklə açıqlanacağını yazıb.

Xatırladaq ki, bir qədər əvvəl Donald Tramp Daniel Koutsdan sonra Milli Kəşfiyyat İdarəsinə müvəqqəti olaraq Suzan Qordonun rəhbərlik etməsinin mümkünlüyünü söyləmişdi.

İnterpress.az