Fransız rejissoru Jan-Pyer Moki vəfat edibbackend

Fransız rejissoru Jan-Pyer Moki vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “France-Press” agentliyi rejissorun ailəsinin bəyanatına istinadla yayıb.

Məlumatda deyilir ki, Moki avqustun 8-də Parisdəki evində yaxınlarının əhatəsində vəfat edib.

Jan-Pyer Moki karyerasına teatr və kino aktyoru kimi başlayıb. Onu Mikelancelo Antonioninin 1953-cü ildə çəkdiyi “Məğlub edilmişlər” filmindəki rolu məşhurlaşdırıb.

1963-cü ildə çəkdiyi “Məzəli mömin” komediyası isə ona bir rejissor kimi şöhrət qazandırıb. Jan-Pyer Moki “Solo” (1969), “Səfehlər üçün tələ” (1979), “Qızıl dib” (1985), “Salam” (1994), “Könüllü” (2006) və s. filmlərin rejissorudur. O, öz karyerası ərzində 60-dan çox bədii film çəkib. Mokinin filmlərində Jerar Depardye, Pyer Rişar, Burvil və Mişel Simon kimi aktyorlar çəkiliblər. O, dəfələrlə ssenarist, montajçı, prodüser və aktyor kimi çıxış edib.

İnterpress.az