Mədəniyyət evində Qurban bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edilibbackend

Mədəniyyət evində Qurban bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə qəsəbə şəhidlərinin ailə üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar və aztəminatlı ailələr iştirak edib.

Tədbiri mədəniyyət evinin direktoru Günel Bəxtiyarova açaraq bərabərlik, paylaşma kimi gözəl xüsusiyyətləri özündə əks etdirən belə gözəl bayramların, xeyriyyə tədbirlərinin keçirilməsinin əsrlərdən bəri davam edən gözəl ənənə olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbir ədəbi-bədii hissə ilə davam edib.

Sonda ailələrə bayram sovqatı paylanılıb.

İnterpress.az