Tələbə adını qazanmış abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaqbackend

Tələbə adını qazanmış abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİM-dən İnterpress.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 9-da (günün ikinci yarısında) “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İnterpress.az