Cammu və Kəşmirdə komendant saatı cümə namazı ilə bağlı yüngülləşdiriləcəkbackend

Cammu və Kəşmirdə komendant saatı cümə namazı ilə bağlı yüngülləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadla xəbər verir ki, şəhərin polis idarəsinin rəisi Dilbağ Sinqx cümə namazı üçün məscidlərə gedilməsinə icazə veriləcəyini bildirib.

Qeyd edək ki, bazar günündən etibarən Cammu və Kəşmirdə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür. Minlərlə insanın evlərini tərk etməyə icazə verilmədiyi bölgədə, hətta dükanlar və klinikalar da bağlıdır. İnternet və rabitə vasitələri işləmir. Dünən Hindistanın Baş Naziri Narendra Modi Cammu və Kəşmirdə vəziyyətin tədricən normallaşacağını açıqlamışdı.

İnterpress.az