| |||||
ABŞ səfirliyi ölkənin daxili işlərinə qarışmağa cəhd göstərib - Rusiya XİN | |||||
Rusiya XİN ABŞ səfirliyini ölkənin daxili işlərinə qarışmaq cəhdində təqsirləndirib. |
|||||
|
|||||
![]() İnterpress.az TASS agentliyinə istinadla xəbər verir ki, avqustun 9-da Rusiyanın xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, ABŞ-ın Moskvadakı səfirliyinin müşaviri Tim Riçardson avqustun 9-da Xarici İşlər Nazirliyinə çağırılıb və ona ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə idarəsinin rəsmi hesabında, Twitter səhifəsində və diplomatik missiyanın saytında Moskvada avqustun 3-də keçirilmiş icazəsiz mitinqlərlə bağlı yerləşdirilmiş yazılara görə etiraz məktubu təqdim edilib. Rusiya XİN-in bəyanatında deyilir: “Vurğulanıb ki, qanunsuz tədbirin təşkilatçıları tərəfindən tərtib edilmiş sxemlərin bu mitinqdə iştiraka təşviq materialı kimi çağırış qismində yerləşdirilməsi bizim ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir. İnterpress.az |
|||||
|
|||||
|