“The Beatles” pərəstişkarları “Abbey Road” albomunun üzqabığındakı fotoşəklin 50 illiyini qeyd ediblərbackend

“The Beatles” pərəstişkarları “Abbey Road” albomunun üzqabığındakı fotoşəklin 50 illiyini qeyd ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS agentliyinə istinadla xəbər verir ki, sonralar bu piyada keçidi fotoşəklin öz versiyasını çəkdirmək istəyən turistlərin sevimli yerinə çevrilib. Avqustun 8-də Ebbi-Roudda ciddi tıxaclar yaranıb, çünki keçidi “The Beatles” pərəstişkarlarının bir neçə cərgəsi əhatə edib.

“Sky News” telekanalının kadrları göstərir ki, küçədən keçənlər arasında geyimi və hətta saç düzümü eynən “The Beatles” iştirakçıları kimi olanlar da olub. Kvartet iştirakçıları orijinal fotoda piyada keçidindən sıra ilə keçiblər: qabaqda Con Lennon olub, onun ardınca Rinqo Starr, Pol Makkartni və Corc Harrison keçiblər. İlk üç musiqiçi ağ, qara və boz kostyumlar geyinib, Harrison isə göy cins və eyni rəngdə köynək geyinib. Maraqlıdır ki, Makkartni küçəni yalın ayaqla keçib.

Fotoşəklin müəllifi şotlandiyalı fotoqraf Ayan Makmillandır. O, cəmi altı kadr çəkib. Beşinci dubl çox uğurlu alınıb və nəticədə “Abbey Road” albomunun üzqabığı olub. “The Rolling Stones” jurnalının oxucuları 2009-cu ildə bu albomu “The Beatles”in ən yaxşı albomu hesab ediblər.

İnterpress.az