| |||||
Cüdoçularımız Macarıstanda təlim-məşq toplanışında olublar | |||||
Avqustun 25-də Tokioda start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqları davam etdirən milli komandamızın üzvləri Macarıstanda təlim-məşq toplanışında olublar. |
|||||
|
|||||
![]() Azərbaycan Cüdo Federasiyasından İnterpress.az-a bildiriblər ki, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə keçirilən toplanışa Azərbaycan cüdoçuları ilə yanaşı, Cənubi Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları da qatılıblar. Tata şəhərində keçirilən təlim-məşq toplanışında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak ediblər. Cüdo üzrə növbəti dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək keçiriləcək. İnterpress.az |
|||||
|
|||||
|