Avropada yaranan yeni kino cərəyanlarıbackend

Avropada yaranan yeni kino cərəyanları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misal üçün Böyük Britaniyada kino keyfiyyət və kəmiyyət baxımından az təminatlı idi. Ancaq macar əsilli prodüser Aleksandr Kordanın İngiltərəyə gəlişi ilə hər şey dəyişdi. O, “London Films” kinokompaniyasının əsasını qoyduqdan sonra ABŞ-ın öndə gedən studiyaları ilə rəqabətə girə bildi. O, sərmayəni tarixi filmlərə qoyan rejissor Çarlz Latonun iştirakı ilə “VIII Enrikenin şəxsi həyatı” ekran əsərini çəkir. Onun kompaniyası “Dörd lələk” və “Bağdad oğrusu” kimi əyləncəli filmlərin meydana gəlməsi ilə daha da inkişaf etməyə başladı. Bu işin uğurlu alınmasında Korda ilə yanaşı, rejissor Alfred Hiçkokun da zəhməti az olmamışdır. Onun filmlərindən “Çoxbilmiş adam” və “39 mərhələ” əsərlərinin adlarını çəkmək olar.

Alman kino sənayesi İngiltərə kino sənayesindən hər mənada daha çox inkişaf etdi. Çünki səsin yaranması ilə ölkə öz patentlərindən yararlana bilirdi. Eyni zamanda, Hollivuddakı aktyorlar Almaniyaya qayıdıb, öz karyeralarını orada davam etdirirdilər. Ölkədə prestijli studiyalar bütün gücü ilə çalışırdı. Ancaq ötən əsrin 30-cu illərində Yozef von Şternberqin çəkdiyi “Mavi mələk” filmi heç də gözləntiləri doğrultmadı. Bir qədər sonra Frits Lan növbəti bir şedevrlə tamaşaçıları təəccübləndirdi. Onun “Düsseldorf vampiri” filmi artıq ölkədə faşizmin cücərtilərini nümayiş etdirirdi. Rejissor Adolf Hitlerin hakimiyyətə gələcəyini xəbər verirdi. Bundan sonra Almaniyanın həyatı tamamilə dəyişdi. Bu dəyişiklik kino sənayesinə də təsirsiz ötüşmədi. Frits Lanın özü “Mabusenin vəsiyyəti” filminin premyerası ilə problemlər yaşadığından dərhal ölkədən çıxmaq qərarına gəldi. Bir çox məşhur aktyorlar da onun kimi etdilər. Bu elə bir dövr idi ki, Daxili İşlər naziri Yozef Qobels yeni Almaniyaya dəstək olmayan hər hansı bir bədii təzahürə qadağa qoyurdu. Rejim onu istəyirdi ki, kino sənayesi ölkədə faşizmi yaysın. Rejissorlardan Leni Rifinştay özünün məqsəd və ideyası ilə fərqləndi. O, Hitlerə açıq-aydın valeh olmuşdu. Rejissor “İradənin qələbəsi” və 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarından bəhs edən uzun bir sənədli filmi – “Olimpiada” ekran əsərlərini çəkdi. Həmin ildə italyan diktatoru Benito Mussolini Avropada ən böyük kinostudiya olmağa iddia edən “Cinecitta” şirkətinin təməl daşını qoydu.

Geniş vüsət almış faşist ideologiyası ilə yanaşı, digər ölkələrdə fərqli siyasi ideologiya sistemləri qurulurdu. İspaniyada 1931-ci ildə ikinci respublikanın qurulması kinoya da təsir etdi. “Yüzdən çox”, “Senyorita Trevelez” filmləri çəkildi. Fransada 1936-cı ildə qurulan Xalq Cəbhəsi kino üçün yeni yollar açdı. Bu zaman yeni ideyalar müdafiə olunur, kommunizm təbliğ edilirdi. Rejissor Jan Ğenuağ romantizmimlə proqressivizmi sintez edərək, “Böyük xülya” filmini ortaya qoydu. “Marselyeza” (1973-cü il Fransa inqilabı zamanı çalınan himn) ekran əsəri isə xalq tərəfindən maliyyələşdirildi. “Toni”, “Az vəsait”, “İnsanabənzər vəhşi”, “Oyunun qaydaları” filmlərində Jan Ğenuağ artıq öz üslubuna möhürünü vurmuşdu. Demək olar ki, o, hər dəfə realizmə müraciət edir, yoxsulluq, tale mövzularına poetik bir rəng qatırdı. Hərdən sənədli film üçün nəzərdə tutulmuş avadanlıqlarla təbiət səhnələrini çəkərək italyan neorealistlərin etdiklərini zaman etibarıilə qabaqlayırdı. Onun yoldaşları tərəfindən təbliğ olunan bu üslub, sonradan “Fransız poetik naturalizm” cərəyanının yaranmasına səbəb oldu. Ancaq poetik naturalizm Avropanın digər kino cərəyanları kimi, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar dayandırılmalı olur. Bu qəddar münaqişə kino tarixinin ilk mərhələsini bitirir. Amma sonralar öz sirləri, qəribəlikləri ilə davam edən həyat kino sahəsində yeni, təzadlı, bənzərsiz olan cərəyan və ideologiyaların yarandığını göstərdi…

İnterpress.az