Liviyada Qurban bayramı günlərində atəşkəs olacaqbackend

Liviyada Qurban bayramı günlərində atəşkəs olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadla xəbər verir ki, BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame iyulun 29-da tərəflər arasında etimadın yaradılması, məhbus və cənazə mübadiləsi də daxil olmaqla atəşkəs təklif etmişdi.

Xatırladaq ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək məqsədilə aprelin 4-də hücum üçün göstəriş vermişdi. Beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də ona qarşı hərbi əməliyyata başlamışdı.

İnterpress.az