Ümumdünya Təmizlik Günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcəkbackend

Ümumdünya Təmizlik Günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təşkilatdan İnterpress.az-a bildiriblər ki, 250-dən çox könüllünün iştirak edəcəyi kampaniyanın məqsədi ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını artırmaqdır.

Qeyd edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar təşkil olunub.

Görüşlər zamanı iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər müzakirə olunub, eyni zamanda, onların Ümumdünya Təmizlik Günü münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq edilib.

Ekoloji kampaniyada iştirak etmək istəyənlər aşağıda https://forms.gle/m1sQnxezEN6tw9NS9 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

İnterpress.az