Çində “Audi” avtomobillərinin satışında rekord qeydə alınıbbackend

Çində “Audi” avtomobillərinin satışında rekord qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “FAW-Volkswagen” Çin-Almaniya birgə müəssisəsinə istinadla xəbər verir ki, iyul ayına olan satış sayı son bir ildə aylıq rekord göstəricidir. Müştərilər daha çox Çində istehsal olunan “Audi A4L”, tam yeni “Q5L” və “A6L” modellərinə üstünlük veriblər. “Audi Q5L” modelinin satışında isə 45,7 faiz artım qeydə alınıb. İdxal olunan avtomobillərin satışında isə ən çox artım “Audi A8L” modeli üzrə qeydə alınıb – 27,1 faiz.

Şirkət ilin ikinci yarısında Çin bazarında bir neçə yeni model, o cümlədən “Audi Q8”, “Audi A6 Avant” avtomobillərini satışa çıxaracaq.

Qeyd edək ki, Çində “Audi” avtomobillərinin istehsalına 1988-ci ildən başlanılıb. Hazırda Çançun şəhərindəki zavodda “Audi A4 L”, “Audi A6 L”, “Audi A6 L e-tron” və “Audi Q5 L” modelləri yığılır. 2013-cü ildən isə Foşan şəhərindəki zavodda “Audi A3” və “Audi Q2L” modelləri, cari ildən isə Tiencin şəhərində “Audi Q3” modelləri istehsal olunur. Bundan başqa, Tinecin şəhərində “Audi” avtomobilləri üçün sürət qutuları istehsal edən zavod fəaliyyət göstərir.

İnterpress.az