Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Arxeoloqlar Qızıl Orda dövrünə aid dekorativ pannonun fraqmentlərini tapıblar

XIV əsrdə Qızıl Orda dövlətinin Azak şəhərinin xarabalıqlarında yerləşən Rusiyanın Rostov vilayətindəki Azov şəhərində aparılan arxeoloji qazıntılar zamanı dekorativ pannonun fraqmentləri tapılıb.

Dərc edilib: 10 avqust 2019 [16:46]
Baxış sayı: 5642

İnterpress.az TASS agentliyinə istinadla xəbər verir ki, bu tapıntı alimləri həmin dövlətin şəhərlərində sənət və yaradıcılıq ənənələrini yenidən nəzərdən keçirməyə vadar edib.

Arxeoloqlar qeyd edirlər ki, orta əsrlərdə Şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Azak qədim mədəniyyət abidələri ilə zəngindir. O, XIV əsrdə sivil dünyanın ən mühüm ticarət, siyasət və sənətkarlıq mərkəzlərindən biri olub. Tapılan panno isə zənginlərdən birinin evinin xarabalığında olan zibil qalıqlarının altında aşkar edilib. Onun fraqmentlərinin kiçik olmasına baxmayaraq, alimlər dekorativ sənət əsərinin tam mənzərəsini bərpa edə biliblər. Parçaya bürünmüş taxta üzərində işlənmiş naxışlar ağ fonda qırmızı, qəhvəyi və qara rəngdədir. Alimlər bildiriblər ki, panno həmin dövrə aid bu ərazidə tapılan unikal əşyadır və o, yalnız yüksək məharəti olan sənətkar tərəfindən işlənə bilərdi. Eyni zamanda, arxeoloqlar bu pannonun tək olmadığını və Azakda bütöv bir sənətkarlıq məktəbinin fəaliyyət göstərdiyini ehtimal edirlər. Onlar həmin ərazidə üzərində relyef naxışları və lotos gülü təsviri olan seladon (nefriti təsvir edən çini qab növü) qab da aşkar ediblər. Azov şəhərinin mərkəzində isə keramik su kəmərinin qalıqları tapılıb.

Qeyd olunur ki, 2019-cu ildə aparılan qazıntılarda arxeoloqlar qədim Azak şəhərindən qalan iki daş bina, ona yaxın küçə, 50 qəbrin qalıqlarını da tapıblar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 163