“Hər bir Azərbaycan vətəndaşı sosial-iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir” – Sahibə Qafarovabackend

“Hər bir Azərbaycan vətəndaşı sosial-iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir” – Sahibə Qafarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikri İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova bildirib.

Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modelinin formalaşdırıldığını diqqətə çatdıran S.Qafarova deyib: “Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, əhalinin rifahı, həyat səviyyəsi davamlı olaraq yaxşılaşır. Sosial sahə daim Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. 2019-cu ilin əvvəlindən həyata keçirilən sosial paket 4 milyondan çox vətəndaşımızı əhatə edir. Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin isə 50 faiz artırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min yeni iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir. Atılan bu addımlar, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyir”.

2019-cu ildə həyata keçirilən iki sosial paketin ümumi dəyərinin cari il üçün 2,3 milyard, növbəti il üçün 3 milyard manat olduğunu xatırladan deputat bildirib ki, bu sosial təşəbbüslərin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Azərbaycanın iqtisadi qüdrəti bu tədbirlərin uğurla həyata keçirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün lazımi addımların atılmasına imkan verir. Hər bir Azərbaycan vətəndaşı sosial-iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir.

İnterpress.az