Naxçıvanda hərbi hissə və birləşmələrə bostan-tərəvəz məhsulları təqdim edilibbackend

Naxçıvanda hərbi hissə və birləşmələrə bostan-tərəvəz məhsulları təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunub. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində şəxsi heyətin sağlam qidalanması xüsusi yer tutur. Hərbi hissələrdə ərzaq təminatı yüksək səviyyədə həyata keçirilir. Bununla yanaşı, muxtar respublikada xalq-ordu birliyinin daha bir ifadəsi kimi əhali və ayrı-ayrı təşkilatlar tərəfindən yetişdirilən məhsullar hərbi hissələrə təhvil verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından 10 tona yaxın bostan-tərəvəz məhsullarının hərbi hissə və birləşmələrə təqdim olunması da bu tədbirlərin davamıdır.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış ediblər. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, döyüş hazırlığı artırılır, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri hərbi hissələri də əhatə edib. Hərbi hissələrə sovqatların verilməsi isə şəxsi heyət tərəfindən yüksək qarşılanır. Kərəm Mustafayev və Şamı Abdullayev göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.

Sonra bostan-tərəvəz məhsulları hərbi hissələrə təhvil verilib.

İnterpress.az