Yaponiya ilk kosmik müdafiə bölməsi yaradacaqbackend

Yaponiya ilk kosmik müdafiə bölməsi yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Yomiuri qəzeti yayıb.

Qəzetin materialında bildirilir ki, kosmik bölmənin tərkibinə Yaponiya Aerokosmik Tədqiqatlar Mərkəzində və ABŞ Hərbi Hava Qüvvələrində təlim keçmiş 70 mütəxəssis daxil olacaq. Kosmik hərbi bölmənin qərargahı Tokio prefekturasının Futyu şəhəri yaxınlığındakı hərbi bazada yerləşəcək. Bu strukturun əsas vəzifəsi digər ölkələrin peykləri tərəfindən hücum ehtimalına qarşı cavab tədbirlərinin görülməsi məqsədilə kosmik məkanda müşahidə aparılması, həmçinin yapon aparatlarının kosmik tullantılarla toqquşmasının qarşısının alınmasıdır.

Qeyd olunur ki, hazırda Yaponiya hökumətinin tapşırığı ilə müvafiq qurumlar tərəfindən yerli radar və teleskopların köməyi ilə xüsusi monitorinq sistemi hazırlanır. Bu sistemin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır.

Yaponiya hökuməti kosmik müdafiə bölməsinin 2022-ci ildə yaradılmasını nəzərdə tuturdu, lakin sonradan bu müddətin daha da qısaldılması qərara alınıb. Bu, hər şeydən əvvəl, ABŞ-ın da 2020-ci ildə özünün Kosmik Hərbi Qüvvələrini yaradacağı ilə bağlıdır. Hər iki strukturun fəal əməkdaşlıq edəcəyi gözlənilir. Bundan əvvəl Yaponiyanın Baş Naziri Sindzo Abe dəfələrlə bəyan edib ki, müdafiə qüvvələrinin effektivliyini artırmaq, habelə onların kiberməkanda və kosmosda mövqeyini gücləndirmək lazımdır.

İnterpress.az