SOS: Xəstəxanada dəhşətli ölümlərbackend

SOS: Xəstəxanada dəhşətli ölümlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, bir aya yaxındır ki, xəstəxanada bir-birinin ardınca ölüm faktları qeydə alınır.

Ölüm halları Türkiyədən istirahətdən qayıdan 74 yaşlı bir nəfərin xəstəxanaya müraciətindən sonra başlayıb. Daha sonra həmin xəstə də daxil olmaqla 10 nəfər vəfat edib.

Laboratoriya analizləri nəticəsində yaşı 27-88 olan 27 xəstədə Acinetobacter baumannii bakteriyasına rast gəlinib. Ancaq xəstəxanada baş verən ölüm faktları ictimaiyyətdən gizlədilib.

Nəhayət mətbuat bu barədə məlumat yaydıqdan sonra xəstəxana açıqlama yayaraq xəstəxanada 12 xəstədə MRGN bakteriyası tapıldığını bildirib. Buna görə də xəstəxanaya yeni xəstələrin qəbulu dayandırılıb, əməliyyatlar təxirə salınıb.

50 nəfərdən götürülən analizlərin cavabına əsasən 14 nəfər digər xəstələrdən təcrid edilib. Bununla belə xəstəxana öz açıqlamasında reanimasiya xaric olmaqla digər şöbələrin xəstələri üçün heç bir təhlükə gözlənilmədiyini bildirib.

Hazırda məsələ prokurorluq tərəfindən araşdırılır.

İnterpress.az