“Xəzərdəki neft-qaz yataqlarının işlənməsi regionun inkişafı üçün güclü impuls ola bilər” – Türkmənistan Prezidentibackend

“Xəzərdəki neft-qaz yataqlarının işlənməsi regionun inkişafı üçün güclü impuls ola bilər” – Türkmənistan Prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənbaşı şəhərində keçirilən I Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, region ölkələri Xəzərin inkişafı üçün aktual praktik məsələlərin həllinə yönəlməlidir və “Xəzər enerjisi” regionun iqtisadiyyatının dinamik inkişafı üçün əsas olmalıdır: “Xəzərdə karbohidrogen hasilatının artması regionda bütün iqtisadi mənzərəni əsaslı şəkildə dəyişdirməyə, onu bərabərhüquqlu və effektiv tərəfdaş kimi qlobal iqtisadi məkana inteqrasiya etməyə qadirdir”.

İnterpress.az