“Axmat” – “Spartak” oyununda hakimi mikrofonla təhqir edən şəxs işdən çıxarılıbbackend

“Axmat” – “Spartak” oyununda hakimi mikrofonla təhqir edən şəxs işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az championat.com saytına istinadən xəbər verir ki, meydan sahiblərinin mətbuat xidmətinin adı çəkilməyən əməkdaşı matçın 77-ci dəqiqəsində Çeçenistan təmsilçisinin futbolçusu Ablya Mbenqə qırmızı vərəqə göstərən referi Aleksey Suxoyu təhqir edib. O, diktor otağındakı mikrofon vasitəsi ilə “hakim – keçi” qışqırıb.

Hadisədən sonra həmin şəxsin işindən azad edildiyi bildirilir. Görüş “Spartak”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2013-cü ildə də “Axmat Arena”da oxşar hadisə baş verib. “Terek” – “Rubin” oyunu zamanı Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov referi Mixail Vilkova “satılmış hakim, sən keçisən” söyləmişdi.

İnterpress.az