Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Fitch” Rusiyanın reytinqini yüksəldib

“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın reytinqini “BBB-“-dan “BBB”yə yüksəldib.

Dərc edilib: 12 avqust 2019 [15:12]
Baxış sayı: 4132

İnterpress.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Rusiya etibarlı və dayanıqlı siyasi bazanı gücləndirməyi bacarıb, ölkə iqtisadiyyatının neft qiymətlərindən asılılığını azaltmağa nail olub, xarici şoklara müqavimət göstərib və makroiqtisadi sabitlik əldə edib.

Xatırladaq ki, “Fitch” bundan əvvəl Rusiyanı, bank sektorunda istehlak kreditləri ilə bağlı ortaya çıxa biləcək problemlər barədə xəbərdarlıq etmişdi.

Agentliyin son qərarına Rusiyanın Maliyyə Nazirliyinin münasibəti belə olub: “Biz inanırıq ki, “Fitch”in qərarı digər beynəlxalq reytinq agentliklərinin legitim qərarı üçün əsas olacaq”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162