İvan Perişiç “Bavariya”ya keçibbackend

İvan Perişiç “Bavariya”ya keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Corriere Dello Sport”a istinadən xəbər verir ki, İtaliya “İnter”i 30 yaşlı yarımmüdafiəçini “Bavariya”ya icarəyə verib. Münhen təmsilçisi daha sonra onu transfer etmək hüququna da malik olacaq.

Perişiçin tibbi baxışdan keçmək üçün Almaniyaya getdiyi bildirilir.

Qeyd edək ki, Perişiç ötən mövsüm “İnter”in heyətində 45 oyuna 9 qol vurub. Klubu ilə 2022-ci ilin 30 iyununadək müqaviləsi olan yarımmüdafiəçinin illik maaşı 4 milyon avro təşkil edir.

İnterpress.az