“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edə bilərbackend

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsələr, Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)

Baş hakim: Daniel Sibert

Yan xətt hakimləri: Yan Seydel və Lasse Kozlovski

Dördüncü hakim: Martin Petersen (hakimlər briqadası Almaniyadandır)

Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)

UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

İnterpress.az