Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Qarabağ" - "APOEL" oyununa 22 min bilet satılıb

Bu gün Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"- "APOEL" qarşılaşmasına 22 min bilet satılıb.

Dərc edilib: 13 avqust 2019 [12:56]
Baxış sayı: 4286

Bu barədə İnterpress.az-a açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, həmin biletlərdən 80-i "APOEL" klubunun azarkeşlərinə məxsusdur. Qalan biletlərin hamısı yerli azarkeşlər tərəfindən alınıb. Hazırda oyun üçün biletlərin satışı davam edir.

Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” futbol klubu Kiprin "APOEL" klubu ilə cavab görüşü keçirəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176