Yaşayış evində güclü partlayış olub, ər və arvad xəsarət alıbbackend

Yaşayış evində güclü partlayış olub, ər və arvad xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yanvarın 26-da Cəlilabad şəhərinin Fərid Əhmədov küçəsində 50 yaşlı Mədinə Əliyevanın yaşadığı fərdi yaşayış evində qeydə alınıb. Belə ki, otaqda elektrik lampasının yandırılması partlayışa səbəb olub. Nəticədə evin döşəməsi və tavan hissəsi yararsız hala düşüb.

Partlayış zamanı evdə yanğın hadisəsi baş verməsə də, Mədinə Əliyeva və onun həyat yoldaşı, 48 yaşlı Ərəstun Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağırlaşdığından Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.

İlkin versiya kimi partlayışın yerin altından keçən qaz xəttindəki sızmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar aparılır. ( apa )

İnterpress.az